top
Gəncənin Təbriz küçəsində sürücülər üçün Survivor sınağı
27 aprel 2026, 15:39
- +

Gəncənin Təbriz küçəsində sürücülər üçün "Survivor" sınağı

Gəncənin ən uzun küçələrindən biri olan Təbriz küçəsində yolun yararsız vəziyyətə düşməsi sürücülər üçün ciddi problem yaradıb.

Gencexeber.az-a daxil olan çoxsaylı şikayətlərdə bildirilir ki, III MDB Oyunlarından öncə ərazidə su və kanalizasiya sistemlərinin çəkilişi zamanı yol örtüyü dağılıb. Daha sonra oyunlara hazırlıq çərçivəsində Təbriz küçəsinin "Milli market"dən "Daş körpü" adlanan hissəyədək olan ərazisində yalnız müvəqqəti yamaq işləri aparılıb. Şəhərin mərkəzindən "Milli market"ə qədər olan hissəyə isə yeni asfalt örtüyü salınıb. 

Hazırda "Daş körpü" adlanan hissəsi, yəni "R20" – Gəncə-Daşkəsən yolu istiqamətində olan ərazidə vəziyyət kritik olaraq qalır. Sakinlərin və sürücülərin sözlərinə görə, həmin hissədə yol artıq normal hərəkətin təşkili üçün yararsız hala düşüb.

Belə ki, küçədə yaranan iri çuxurlar səbəbindən avtomobillərin şəhərdə icazə verilən sürət həddi ilə hərəkət etməsi mümkünsüz olub. Sürücülər nəqliyyat vasitələrinə ziyan dəyməməsi üçün daim sürəti minimum həddə endirməyə məcbur qalırlar.

Yağışlı havalarda isə vəziyyət daha da ağırlaşır. Çuxurlara dolan yağış suları yolun müxtəlif hissələrində iri gölməçələr yaradır. Bu isə həm sürücülər üçün təhlükə yaradır, həm də avtomobillərin hansı nöqtədə dərin çuxura düşəcəyini əvvəlcədən müəyyən etməyi çətinləşdirir.

Şikayətçilər bildirirlər ki, küçənin bu hissəsində əsaslı təmir işlərinin aparılmasına ciddi ehtiyac var. Onlar aidiyyəti qurumları Təbriz küçəsində yaranmış problemin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər görməyə çağırırlar.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 09:07

Gəncədə bu məktəbin şagirdləri köçəri həyatı yaşayırlar

Bütün xəbərlər
Dünən, 20:54

Azərbaycanda əhalinin neçə faizi ali təhsillidir? - AÇIQLANDI

Bütün xəbərlər
Dünən, 19:50

Mingəçevirdə açıq suda üzmə yarışı rekord iştirakçı sayı ilə start götürəcək

Bütün xəbərlər
Dünən, 17:37

Gəncədə taksilərin gəlmədiyi küçələrdən BİRİ

Bütün xəbərlər
Dünən, 16:54

Kanalda batan 14 yaşlı yeniyetmənin meyiti tapıldı

Bütün xəbərlər
Dünən, 16:00

Gəncədə kommunal problemlər sakinləri TƏNGƏ GƏTİRİB

Bütün xəbərlər
Dünən, 15:28

Əhalimizin yarısı artıq çəkidən əziyyət çəkir

Bütün xəbərlər
Dünən, 14:51

Duman olacaq, şimşək çaxacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 14:02

Bağçalarla bağlı mühüm qərar - Kamera tələbi tətbiq edilir

Bütün xəbərlər
Dünən, 13:33

"Gəncə" üç legioner basketbolçu ilə vidalaşıb

Bütün xəbərlər
Dünən, 13:02

Ölkəmizdə hər 6 nəfərdən 1-i siqaret çəkir

Bütün xəbərlər
Dünən, 12:55

Gəncədə qətlə yetirilən Azər Yusifov gəncləri ayırmaq istəyibmiş

Bütün xəbərlər
Dünən, 12:02

Kasıb ailələrdə uşaq sayı daha çoxdur

Bütün xəbərlər
Dünən, 11:24

Keçirilən qabiliyyət imtahanlarının statistikası açıqlandı

Bütün xəbərlər
Dünən, 10:55

Gəncədə kütləvi davada bıçaqlanaraq öldürülənin FOTOSU - YENİLƏNİB

Bütün xəbərlər
Dünən, 10:17

Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi başlayır

Bütün xəbərlər
Dünən, 09:46

Özəl universitetlərdə ən çox seçilən ixtisas qrupu

Bütün xəbərlər
05 avqust 2026, 21:23

Ötən il Gəncədə 793 ailə dağılıb

Bütün xəbərlər
05 avqust 2026, 19:22

Elektron pul köçürmələri ilə bağlı yeni hədd müəyyənləşdirilib

Bütün xəbərlər
05 avqust 2026, 18:00

MKTİB-ə yeni texnikalar gətirilib

Bütün xəbərlər
05 avqust 2026, 16:38

Beşyaşlıların məktəblərdə boş qalan yerlərə prioritetsiz qəbulu başlayıb

Bütün xəbərlər
05 avqust 2026, 16:02

Həmkəndlisini ağacla döydü, məhkəməlik oldu

Bütün xəbərlər
05 avqust 2026, 14:51

"Kəpəz" Ümid Səmədovla müqaviləni yenilədi

Bütün xəbərlər
05 avqust 2026, 14:03

Hər ət dönər üçün uyğun deyil

Oxşar xəbərlər