top
Gəncənin ilk rus-tatar məktəbinin yaranma tarixi
14 sentyabr 2026, 11:54
- ↺ +

Gəncənin ilk rus-tatar məktəbinin yaranma tarixi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rus-tatar (Azərbaycan) məktəbi Gəncənin Bağmanlar yaşayış sahəsinin qədim İmamlı məhəlləsində yerləşirdi. Məktəb 23 aprel 1898-ci ildə yerli əhalinin topladığı vəsait hesabına açılıb.

Gencexeber.az məlumat verir ki, Gəncənin ilk rus-tatar məktəbinin məhz Bağmanlarda açılmasının səbəbi var idi. Həmin dövrdə bu ərazidə oğurluq, qətl hadisələri və digər cinayətlər çox olurdu. Bağmanlarda hətta polislərə sui-qəsd cəhdləri də olurdu. Bu səbəbdən şəhərin polismeystri V.A.Popov burada cinayət və oğurluq hallarının azalması üçün sakinlərin savadlı olmasını çıxış yolu kimi görür.

Popov ianələr toplamağa başlayır. Bir qədər pul topladıqdan sonra o, məktəb üçün bina inşa etdirmək qərarına gəlir. Popov binanın tikintisinə pul almaq üçün neft milyonçusu Hacı Zeynalabdin Tağıyevə və Bakı şəhər dumasının üzvü Bala bəy Orucəlibəyova müraciət edir. Onlar birlikdə 4000 rubl ianə bağışlayırlar.

Məktəbin açılışında şəhər qubernatoru general-mayor İ.P.Kireyev, bütün idarələrin rəhbərləri, məmurlar və əsasən, Gəncənin müsəlman əhalisi var idi. Kireyev burada çıxış edir. O, bağmanlılara üz tutaraq, burada məktəb açılmasından məmnun olduğunu bildirir. Qubernator hər cür cinayət yuvası olan Bağmanların savadlı insanların çoxalması ilə dinc yaşayış məskəninə çevriləcəyini deyir.

Rus-tatar məktəbinin fəaliyyəti 20 şagirdlə başlayır. 1902-ci ildə burada 60-dan çox şagird təhsil alırdı. Lakin bağmanlılar məktəbə güvənmədikləri üçün uşaqlarını oraya buraxmırdılar. Daha sonra bu vəziyyət düzəlir.

Təhsil müəssisəsinə Azərbaycan dili və şəriət müəllimi kimi Mirzə Abbas Abbaszadə təyin edilmişdi. Həmçinin məktəbdə ictimai xadim Hacı Kərim Sanılı dərs deyib.

Çar hakimiyyəti dövründə açılan təhsil müəssisəsinin binası Əlövsət Məmmədov küçəsi, 16-da yerləşir və hazırda burada 4 saylı Uşaq Musiqi məktəbi fəaliyyət göstərir.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 16:48

Gəncədə "Hyundai" və yük maşını toqquşub

Bütün xəbərlər
Bu gün, 16:22

ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçilib

Bütün xəbərlər
Bu gün, 16:20

Gəncədəki qəsəbələrdə zibil əlindən tərpənmək olmur - ŞİKAYƏT

Bütün xəbərlər
Bu gün, 15:51

"Kəpəz"in nigeriyalı futbolçusu: Avrokuboklara vəsiqə qazanmaq ehtimalını istisna etmirik

Bütün xəbərlər
Bu gün, 15:43

Gəncə Avtomobil Zavodunda Zəfər Gününün 6-cı ildönümü qeyd olunub

Bütün xəbərlər
Bu gün, 15:38

Gəncədə Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu keçirilib

Bütün xəbərlər
Bu gün, 15:35

Mingəçevirin bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq

Bütün xəbərlər
Bu gün, 15:29

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

Bütün xəbərlər
Bu gün, 15:23

Baytarlıq ekspertizası üçün dövlət rüsumu iki dəfə azaldılır

Bütün xəbərlər
Bu gün, 14:48

Gəncədə 4 nəfərlik ailənin aylıq xərcləri nə qədərdir?

Bütün xəbərlər
Bu gün, 14:36

Sertifikasiyadan kəsilən yüzlərlə müəllim işlə təmin olunub

Bütün xəbərlər
Bu gün, 14:04

Bayram günləri üçün geomaqnit hava proqnozu açıqlandı

Bütün xəbərlər
Bu gün, 13:31

Ötən ilin fevralından 16 ailə yaxınlarının orqanlarının köçürülməsinə icazə verib

Bütün xəbərlər
Bu gün, 12:52

Gəncədə dirək tamamilə əyilib – Aidiyyəti qurum nəyi gözləyir?

Bütün xəbərlər
Bu gün, 12:25

Taksi sürücüləri üçün gəlirə əsaslanan yeni vergi MODELİ

Bütün xəbərlər
Bu gün, 11:17

Gəncə sakininin xəbəri olmadan adına şirkət açıldı, 634 min manat borcu yarandı

Bütün xəbərlər
Bu gün, 10:46

23 tondan çox yararsız ət idxalının qarşısı alınıb

Bütün xəbərlər
Bu gün, 10:13

V Gəncə Kitab Sərgisi keçiriləcək

Bütün xəbərlər
Bu gün, 09:46

"Omid"in rəhbəri tutuldu: Gəncədəki mağaza müdirini döyüb

Bütün xəbərlər
Bu gün, 09:33

Qadınlarla içki məclisinin axırı həbsdə bitdi - MƏHKƏMƏ

Bütün xəbərlər
Bu gün, 08:26

Gəncədə uşaqların qayğısı üçün ayrılan ərazi təmizləndi

Bütün xəbərlər
Dünən, 16:39

Tələbələr Nizami məqbərəsinin ətrafını TƏMİZLƏYİB

Bütün xəbərlər
Dünən, 16:07

Gəncədə milyonlara tikilən filarmoniya ÇAT-ÇATDIR

Bütün xəbərlər
Dünən, 15:45

Gəncədə avtomobil evin hasarına çırpılıb

Oxşar xəbərlər