top
Gəncənin deputatı WUF13-lə bağlı şəhərdə görülməli işlərdən DANIŞDI
22 may 2026, 09:34
- ↺ +

Gəncənin deputatı WUF13-lə bağlı şəhərdə görülməli işlərdən DANIŞDI

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Hazırda Azərbaycanda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) şəhərlərin gələcək inkişafı, dayanıqlı urbanizasiya və müasir infrastruktur məsələlərinin müzakirə olunduğu ən nüfuzlu beynəlxalq platformalardan biri hesab olunur. Forum çərçivəsində dünyanın müxtəlif ölkələrindən olan mütəxəssislər, memarlar və şəhərsalma üzrə ekspertlər bir araya gələrək şəhərlərin daha yaşıl, təhlükəsiz və innovativ şəkildə inkişaf etdirilməsi yollarını müzakirə edirlər.

Maraqlıdır, ölkəmizin ikinci ən böyük şəhəri olan Gəncədə şəhərsalma ilə bağlı hansı hədəflər var?

Redaktor.аz-a danışan 38 saylı Gəncə birinci seçki dairəsinin deputatı Naqif Həmzəyev bildirib ki, bu forum "Yeni Şəhər Gündəliyi"nin icrasının orta nöqtəsində keçirilir və BMT Baş Katibinin 2026-cı il hesabatına töhfə verəcək:

"Bu forumun Azərbaycanda keçirilməsi ölkəmiz üçün böyük diplomatik uğurdur. Şəhərsalma, mənzil siyasəti və dayanıqlı inkişaf sahəsində qlobal müzakirələrin mərkəzinə çıxmaq imkanıdır".

Millət vəkili Gəncədə edilməli olan proseslərdən də danışıb:

"Gəncə Azərbaycanın ikinci böyük şəhəridir, WUF13-ün müzakirə etdiyi məsələlər - mənzil, infrastruktur, dayanıqlılıq - birbaşa ona aiddir. Yaşıl infrastruktur və ictimai məkanlar, Gəncə çayı boyunca yaşıl zolaqların genişləndirilməsi, mövcud parkların yenilənməsi, məhəllə səviyyəsində kiçik meydançaların yaradılması şəhər sakinlərinin həyat keyfiyyətini əhəmiyyətli dərəcədə artırar. Gəncə çayında daimi su olmasının təmin edilməsi də əsas hədəflərdən olmalıdır. Piyadalar üçün rahat səkilər, velosiped yolları və şəhərdaxili ictimai nəqliyyatın optimallaşdırılması WUF13-ün əsas mövzularından biri olan "əlçatan şəhər" anlayışına uyğundur". 

"Gəncənin zəngin tarixi irsi Cavad xan küçəsi, köhnə məhəllə strukturları, müasir tikinti ilə tarazlı şəkildə inkişaf etdirilməlidir. Köhnə sovet dövrü binalarının modernləşdirilməsi, istilik izolyasiyasının yaxşılaşdırılması, eləcə də əlil arabası istifadəçiləri üçün əlçatanlığın təmin edilməsi vacib məsələlərdir", - deyə N.Həmzəyev qeyd edib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 11:46

Gəncə güləşçisi Qazaxıstanda rəqib TANIMADI

Bütün xəbərlər
Bu gün, 10:36

Noyabrın 8-i və 9-da "ASAN xidmət" işləməyəcək

Bütün xəbərlər
Bu gün, 10:17

19 yaşlı oğlan digər gənci bıçaqladı

Bütün xəbərlər
Bu gün, 09:48

Gəncədə park və məhəllələrə 4,5 milyon manat xərclənəcək

Bütün xəbərlər
Bu gün, 09:09

Gəncədə qaraçılar özlərini maşınların qarşısına atırlar – ŞİKAYƏT

Cəmiyyət
Bu gün, 00:01

7 noyabr 2020-ci il: Vətən müharibəsinin 42-ci günü

Bütün xəbərlər
Dünən, 18:00

Ötən il Gəncədə 982 qız, 1182 oğlan dünyaya gəlib

Bütün xəbərlər
Dünən, 16:48

Gəncədə "Hyundai" və yük maşını toqquşub

Bütün xəbərlər
Dünən, 16:22

ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçilib

Bütün xəbərlər
Dünən, 16:20

Gəncədəki qəsəbələrdə zibil əlindən tərpənmək olmur - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 15:51

"Kəpəz"in nigeriyalı futbolçusu: Avrokuboklara vəsiqə qazanmaq ehtimalını istisna etmirik

Bütün xəbərlər
Dünən, 15:43

Gəncə Avtomobil Zavodunda Zəfər Gününün 6-cı ildönümü qeyd olunub

Bütün xəbərlər
Dünən, 15:38

Gəncədə Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu keçirilib

Bütün xəbərlər
Dünən, 15:35

Mingəçevirin bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq

Bütün xəbərlər
Dünən, 15:29

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

Bütün xəbərlər
Dünən, 15:23

Baytarlıq ekspertizası üçün dövlət rüsumu iki dəfə azaldılır

Bütün xəbərlər
Dünən, 14:48

Gəncədə 4 nəfərlik ailənin aylıq xərcləri nə qədərdir?

Bütün xəbərlər
Dünən, 14:36

Sertifikasiyadan kəsilən yüzlərlə müəllim işlə təmin olunub

Bütün xəbərlər
Dünən, 14:04

Bayram günləri üçün geomaqnit hava proqnozu açıqlandı

Bütün xəbərlər
Dünən, 13:31

Ötən ilin fevralından 16 ailə yaxınlarının orqanlarının köçürülməsinə icazə verib

Bütün xəbərlər
Dünən, 12:52

Gəncədə dirək tamamilə əyilib – Aidiyyəti qurum nəyi gözləyir?

Bütün xəbərlər
Dünən, 12:25

Taksi sürücüləri üçün gəlirə əsaslanan yeni vergi MODELİ

Bütün xəbərlər
Dünən, 11:17

Gəncə sakininin xəbəri olmadan adına şirkət açıldı, 634 min manat borcu yarandı

Bütün xəbərlər
Dünən, 10:46

23 tondan çox yararsız ət idxalının qarşısı alınıb

Oxşar xəbərlər