top
Gəncədən Gürcüstana bu qatar gedəcək
Foto
21 may 2026, 13:56
- ↺ +

Gəncədən Gürcüstana bu qatar gedəcək

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Bakı-Tbilisi-Bakı marşrutu üzrə ADY-nin yataq tipli vaqonlardan ibarət müasir qatarları hərəkət edəcək". 

Milli.аz xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (ADY) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev deyib. O bildirib ki, marşrut üzrə qatarlarda sərnişinlərə "Komfort", "Komfort+" və "Lüks" olmaqla üç sinif üzrə xidmət göstəriləcək:
 
"Qatar 1 ədəd "Lüks" sinif, 1 ədəd qarışıq "Lüks" və "Komfort+" sinif, 3 ədəd "Komfort" sinif və 1 ədəd vaqon-restoran olmaqla 6 vaqondan ibarətdir və ümumi sərnişin tutumu 118 nəfər təşkil edir. "Komfort" sinif üzrə vaqonda 1 ədəd kupe hərəkəti məhdud sərnişinlər üçün nəzərdə tutulub. 

Bundan başqa, 1 ədəd qarışıq "Lüks" və "Komfort+" sinif üzrə vaqonda kupelər xüsusi arakəsmə ilə ayrılıb. Ailə və qrup səfərləri zamanı istəyə uyğun olaraq həmin arakəsmə açılaraq vahid kupe halına salına bilər" .

B. Hacıyev bildirib ki, İsveçrənin "Stadler Rail Group" şirkətinin istehsalı olan vaqonlar yeni nəsil təhlükəsizlik texnologiyası və bir sıra innovativ mexanizmlərlə təchiz edilib:

"Lüks" sinif üzrə kupelər iki nəfərlikdir və hər biri masa, televizor, duş kabinəsi və sanitar qovşaqla təmin olunub. Eyni zamanda, "Komfort+" sinif üzrə kupelər iki nəfərlikdir və hər bir kupe televizor, masa və əlüzyuyanla təmin edilib. "Komfort" sinif üzrə kupelər dörd nəfərlikdir və hər birində televizor var.

"Komfort" və "Komfort+" vaqonlarda sərnişinlərin istifadəsi üçün ümumi, "Lüks" vaqonlarda isə hər kupe üçün ayrıca duş kabinəsi və sanitar qovşaq mövcuddur.

Kupelər fərdi tənzimlənən temperatur və işıqlandırma sistemi, bələdçi ilə əlaqə düyməsi, səs izolyasiyası ilə təmin olunub. Həmçinin şəxsi əşyalar üçün kart sistemi ilə çalışan seyf, elektrik yuvaları, internet, dörd dildə məzmunun təqdim edildiyi TV monitor, pult və qulaqlıq yerləri mövcuddur.

Sərnişinlərə təmiz yataq dəsti, səfər paketi ("Komfort" sinif üzrə nəm və quru salfet, diş dəsti (məcun və fırça), əl dəsmalı, yataq dəsti, su, tərlik; "Komfort+" sinif üzrə nəm və quru salfet, yuxu maskası, diş dəsti (məcun və fırça), əl dəsmalı,  yataq dəsti, su, tərlik, dabankeş; "Lüks" sinif üzrə nəm və quru salfet, yuxu maskası, diş dəsti, gigiyenik dəst, dabankeş, su, tərlik, şampun, duş geli, əl və bədən dəsmalı, yataq dəsti təqdim olunacaq".

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 11:46

Gəncə güləşçisi Qazaxıstanda rəqib TANIMADI

Bütün xəbərlər
Bu gün, 10:36

Noyabrın 8-i və 9-da "ASAN xidmət" işləməyəcək

Bütün xəbərlər
Bu gün, 10:17

19 yaşlı oğlan digər gənci bıçaqladı

Bütün xəbərlər
Bu gün, 09:48

Gəncədə park və məhəllələrə 4,5 milyon manat xərclənəcək

Bütün xəbərlər
Bu gün, 09:09

Gəncədə qaraçılar özlərini maşınların qarşısına atırlar – ŞİKAYƏT

Cəmiyyət
Bu gün, 00:01

7 noyabr 2020-ci il: Vətən müharibəsinin 42-ci günü

Bütün xəbərlər
Dünən, 18:00

Ötən il Gəncədə 982 qız, 1182 oğlan dünyaya gəlib

Bütün xəbərlər
Dünən, 16:48

Gəncədə "Hyundai" və yük maşını toqquşub

Bütün xəbərlər
Dünən, 16:22

ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçilib

Bütün xəbərlər
Dünən, 16:20

Gəncədəki qəsəbələrdə zibil əlindən tərpənmək olmur - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 15:51

"Kəpəz"in nigeriyalı futbolçusu: Avrokuboklara vəsiqə qazanmaq ehtimalını istisna etmirik

Bütün xəbərlər
Dünən, 15:43

Gəncə Avtomobil Zavodunda Zəfər Gününün 6-cı ildönümü qeyd olunub

Bütün xəbərlər
Dünən, 15:38

Gəncədə Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu keçirilib

Bütün xəbərlər
Dünən, 15:35

Mingəçevirin bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq

Bütün xəbərlər
Dünən, 15:29

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

Bütün xəbərlər
Dünən, 15:23

Baytarlıq ekspertizası üçün dövlət rüsumu iki dəfə azaldılır

Bütün xəbərlər
Dünən, 14:48

Gəncədə 4 nəfərlik ailənin aylıq xərcləri nə qədərdir?

Bütün xəbərlər
Dünən, 14:36

Sertifikasiyadan kəsilən yüzlərlə müəllim işlə təmin olunub

Bütün xəbərlər
Dünən, 14:04

Bayram günləri üçün geomaqnit hava proqnozu açıqlandı

Bütün xəbərlər
Dünən, 13:31

Ötən ilin fevralından 16 ailə yaxınlarının orqanlarının köçürülməsinə icazə verib

Bütün xəbərlər
Dünən, 12:52

Gəncədə dirək tamamilə əyilib – Aidiyyəti qurum nəyi gözləyir?

Bütün xəbərlər
Dünən, 12:25

Taksi sürücüləri üçün gəlirə əsaslanan yeni vergi MODELİ

Bütün xəbərlər
Dünən, 11:17

Gəncə sakininin xəbəri olmadan adına şirkət açıldı, 634 min manat borcu yarandı

Bütün xəbərlər
Dünən, 10:46

23 tondan çox yararsız ət idxalının qarşısı alınıb

Oxşar xəbərlər