Gəncədə 15 yaşlı yeniyetmə bıçaqlanıb.
Gencexeber.az məlumat verir ki, hadisə şəhərin Əttarlar küçəsində baş verib.
2010-cu il təvəllüdlü Z.Əhmədzadə bud nahiyəsinin bıçaq yarası ilə xəstəxanaya çatdırılıb.
Yeniyetməyə dərhal yardım edilib, onun vəziyyətinin kafi olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.