Gəncə şəhərində 2 və 8 nömrəli marşrut xətləri üzrə hərəkət edən avtobuslarda kondisionerlərin işləməməsi ilə bağlı ictimaiyyətə çatdırdığımız problemin aradan qaldırıldığı bildirilir.
Gencexeber.az-a müraciət edən bir çox izləyicimiz son günlər həmin marşrutlarda kondisioner sistemlərinin yenidən çalışdığını qeyd edib. Onların sözlərinə görə, əvvəllər narazılıq doğuran problem artıq aradan qaldırılıb və avtobuslarda sərnişinlər üçün daha rahat şərait yaradılıb.
Xatırladaq ki, redaksiyamıza daxil olan şikayətlərdə havaların isti keçməsinə baxmayaraq, "Azər-Avtonəqliyyat" ASC-yə məxsus 2 və 8 nömrəli marşrut avtobuslarında kondisionerlərin işlədilmədiyi bildirilirdi.