Gəncənin parkalarında uşaqlar üçün nəzərdə tutulan oyun avadanlıqları istifadəyə yararsız vəziyyətdədir.
Gencexeber.az məlumat verir ki, Şahlar Hüseynov küçəsində yerləşən Füzuli parkında attraksionların əksəriyyəti sıradan çıxıb. Sürüşkənlərin zədələnmiş hissələrinin iti kənarları uşaqların xəsarət alması riskini artırır.
Oxşar vəziyyət Fikrət Əmirov küçəsində yerləşən eyniadlı parkda da müşahidə olunur. Burada sürüşkənlər təhlükəli vəziyyətdədir, yelləncəklərin isə bir qismi istifadəyə yararsız hala düşüb.
Vətəndaşlar aidiyyəti qurumlardan hər iki istirahət guşəsindəki uşaq oyun avadanlıqlarının təmir olunmasını və təhlükəli elementlərin qısa müddətdə aradan qaldırılmasını xahiş edirlər.