Azərbaycan Dövlət Aqrar Universitetinin tələbə evində 2026/2027-ci tədris ili üçün qeydiyyat prosesi artıq aktivdir.
Gencexeber.az bildirir ki, qeydiyyat campus.adauthik.az platforması üzərindən həyata keçirilir.
Qeyd olunub ki, bu mərhələ yalnız ötən tədris ilində tələbə evində yaşayan tələbələr üçün nəzərdə tutulub. Son müraciət tarixi avqustun 5-nə qədərdir.
Ətraflı məlumat və qeydiyyat üçün 099-822-20-44 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.