Təhlükə yaradan ağac götürülüb.
Gencexeber.az məlumat verir ki, Gəncə şəhər 10 saylı Ekologiya və Yaşıllaşdırma İdarələrinin əməkdaşları tərəfindən Fərhad Əliyev küçəsində, "Tekstilni" adlanan ərazidəki qurumuş ağac götürülüb.
Bildirilib ki, sözügedən ağac uzun müddətdir həm vətəndaşların hərəkətinə maneə yaradır, həm də real təhlükə mənbəyinə çevrilmişdir.
Əraziyə cəlb olunan texnika və canlı qüvvənin köməyi ilə əvvəlcə ağacın budaqları kəsilib, daha sonra isə gövdəsi kökündən çıxarılaraq götürülüb.