Gəncədə tanınmış qarmon ifaçısı Mayıl Quliyev dünyasını dəyişib.
Gencexeber.az-ın məlumatına görə, bir müddət əvvəl səhhətində problemlər yaranan 62 yaşlı musiqiçi əməliyyat olunmuşdu. Gecə saatlarında vəziyyəti qəfil ağırlaşan ifaçı həyatını itirib.
Qeyd edək ki, Mayıl Quliyev uzun illər el şənliklərində iştirak edib, bir çox tanınmış sənət adamları ilə səhnəni bölüşüb. O, sənət aləmində daha çox "Segah Mayıl" kimi tanınıb.