Gəncədə tez-tez yol-nəqliyyat hadisələrinin baş verdiyi kəsişmələrdən birində növbəti qəza qeydə alınıb.
Gencexeber.az-ın məlumatına görə, toqquşma İsrafil Məmmədov və Nəsib bəy Yusifbəyli küçələrinin kəsişməsində, Naftalan Sağlamlıq Mərkəzinin yaxınlığında baş verib. "Chevrolet" markalı avtomobil "VAZ-2107" markalı maşına çırpılıb.
Hadisə zamanı xəsarət alan olmayıb. "VAZ-2107" markalı avtomobilə ciddi ziyan dəyib.
Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Sakinlərin sözlərinə görə, sözügedən kəsişmədə tez-tez qəza baş verir. Bu isə ərazidə yaşayan vətəndaşların ciddi narahatlığına səbəb olur.
Onlar bildirirlər ki, xüsusilə uşaqlarının təhlükəsizliyindən ehtiyat edirlər və aidiyyəti qurumlardan ərazidə əlavə nəzarət tədbirlərinin görülməsini istəyirlər.
"Hər gün qorxu içindəyik. Aidiyyəti qurumlardan xahiş edirik, burada əlavə nəzarət və tənzimləyici qurğular, işıqforlar quraşdırılsın", – sakinlər bildiriblər.