11-ci sinif şagirdlərinin buraxılış imtahanının riyaziyyat fənni üzrə yüksək nəticə göstərən təhsil ocaqları arasında Gəncə məktəbi də var.
Gencexeber.az bildirir ki, bu barədə 2025-ci ilə aid tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialların yer aldığı "Abituriyent" jurnalının 12-ci nömrəsində məlumat verilib.
Orta bal göstəricisinə əsasən, Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyində imtahanda iştirak edən 55 şagirdin orta balı 88,67 faiz olub.