Gəncənin Cavadxan qəsəbəsində, Cücə zavodunun yaxınlığında nəzərdə tutulmamış tullantı sahəsi əmələ gəlib.
Gencexeber.az-a daxil olan çoxsaylı şikayətlərə görə, Hacıməlik kəndinə gedən yolda Məmmədağa İsrafilzadə küçəsində əraziyə mütəmadi olaraq müxtəlif növ tullantılar atılır. Nəticədə həmin yer kəskin və xoşagəlməz qoxu mənbəyinə çevrilib.
Sakinlər aidiyyəti qurumlardan ərazidə yaranmış qanunsuz tullantı sahəsinin aradan qaldırılmasını, zibillərin yandırılmasının qarşısının alınmasını və zibil konteynerlərinin yerləşdirilməsini xahiş edirlər.