Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 2025/2026-cı tədris ilinin məzunlarına həsr olunan möhtəşəm "Məzun günü" böyük təntənə ilə qeyd olunub.
Gencexeber.az bildirir ki, Gəncə İdman Sarayında təşkil olunan tədbirdə dövlət rəsmiləri, millət vəkilləri, ictimai xadimlər, universitet rəhbərliyi, professor-müəllim heyəti, tələbələr, məzunlar və onların valideynləri iştirak ediblər.
Hər bir fakültə üzrə universiteti ən yüksək orta müvəffəqiyyət göstəricisi ilə bitirən məzunlara təşəkkürnamələr və qiymətli hədiyyələr təqdim olunub. Azərbaycan Dövlət Aqrar Universitetini ən yüksək ortalama bal ilə bitirən məzunun adı isə ənənəyə uyğun olaraq universitetin Fəxri Kötüyünə həkk edilib.
Rəsmi hissədən sonra tədbir zəngin konsert proqramı ilə davam edib.
![]()
![]()
![]()