top
Gəncədə məşhur bəstəkarın xatirəsi anılıb
01 iyun 2026, 15:48
- ↺ +

Gəncədə məşhur bəstəkarın xatirəsi anılıb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün görkəmli bəstəkar, dirijor, Azərbaycan Respublikasının Xalq artisti Nəriman Əzimovun anadan olmasının 90 ili tamam olur.

Gencexeber.az məlumat verir ki, yubiley münasibətilə Xalq artisti Şahnaz Haşımova, Göygöl Dövlət Mahnı və Rəqs Ansamblının bədii rəhbəri, tarzən Sahil Quliyev, Əməkdar artist Eldar Abdullayev, ansamblın əməkdaşları Mehriban Allahverdiyeva, Zəminə Mustafayeva və digər incəsənət xadimləri mərhum bəstəkarın məzarını ziyarət ediblər.

Ziyarət zamanı Nəriman Əzimovun ruhuna dualar oxunub, məzarı önünə tər güllər düzülüb. 

Qeyd edək ki, Nəriman Abbasqulu oğlu Əzimov 1 iyun 1936-cı ildə Gəncə şəhərində anadan olub. O, 1955-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının xor dirijorluğu fakültəsinə daxil olub.

Nəriman Əzimovun həyat və yaradıcılığının mühüm hissəsi Azərbaycan Televiziyası və Radiosu ilə bağlıdır. O, burada Xalq çalğı alətləri orkestrində tarzən kimi fəaliyyət göstərib, eyni zamanda xor kollektivinin xormeysteri olub.

Bəstəkar 1974-cü ildən Səid Rüstəmov adına Xalq çalğı alətləri orkestrinin bədii rəhbəri və baş dirijoru vəzifəsində çalışıb. O, AzTV-də səs rejissoru kimi də fəaliyyət göstərib.

Nəriman Əzimov Xalq çalğı alətləri orkestri üçün bir sıra musiqi əsərləri bəstələyib. Onun ən tanınmış əsərlərindən biri "Gəncəm" bəstəsi hesab olunur, ilk ifaçısı isə Xalq artisti Şahnaz Haşımova olub.

Sənətkar 1991-ci ildə Azərbaycanın "Xalq artisti" fəxri adına layiq görülüb, 2003-cü ildə isə professor elmi rütbəsini alıb. O, həmçinin "Şöhrət" ordeni ilə mükafatlandırılıb.

Nəriman Əzimov 19 noyabr 2016-cı ildə 80 yaşında vəfat edib və Gəncənin Səbiskar qəbiristanlığında dəfn olunub.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 10:36

Noyabrın 8-i və 9-da "ASAN xidmət" işləməyəcək

Bütün xəbərlər
Bu gün, 10:17

19 yaşlı oğlan digər gənci bıçaqladı

Bütün xəbərlər
Bu gün, 09:48

Gəncədə park və məhəllələrə 4,5 milyon manat xərclənəcək

Bütün xəbərlər
Bu gün, 09:09

Gəncədə qaraçılar özlərini maşınların qarşısına atırlar – ŞİKAYƏT

Cəmiyyət
Bu gün, 00:01

7 noyabr 2020-ci il: Vətən müharibəsinin 42-ci günü

Bütün xəbərlər
Dünən, 18:00

Ötən il Gəncədə 982 qız, 1182 oğlan dünyaya gəlib

Bütün xəbərlər
Dünən, 16:48

Gəncədə "Hyundai" və yük maşını toqquşub

Bütün xəbərlər
Dünən, 16:22

ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçilib

Bütün xəbərlər
Dünən, 16:20

Gəncədəki qəsəbələrdə zibil əlindən tərpənmək olmur - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 15:51

"Kəpəz"in nigeriyalı futbolçusu: Avrokuboklara vəsiqə qazanmaq ehtimalını istisna etmirik

Bütün xəbərlər
Dünən, 15:43

Gəncə Avtomobil Zavodunda Zəfər Gününün 6-cı ildönümü qeyd olunub

Bütün xəbərlər
Dünən, 15:38

Gəncədə Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu keçirilib

Bütün xəbərlər
Dünən, 15:35

Mingəçevirin bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq

Bütün xəbərlər
Dünən, 15:29

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

Bütün xəbərlər
Dünən, 15:23

Baytarlıq ekspertizası üçün dövlət rüsumu iki dəfə azaldılır

Bütün xəbərlər
Dünən, 14:48

Gəncədə 4 nəfərlik ailənin aylıq xərcləri nə qədərdir?

Bütün xəbərlər
Dünən, 14:36

Sertifikasiyadan kəsilən yüzlərlə müəllim işlə təmin olunub

Bütün xəbərlər
Dünən, 14:04

Bayram günləri üçün geomaqnit hava proqnozu açıqlandı

Bütün xəbərlər
Dünən, 13:31

Ötən ilin fevralından 16 ailə yaxınlarının orqanlarının köçürülməsinə icazə verib

Bütün xəbərlər
Dünən, 12:52

Gəncədə dirək tamamilə əyilib – Aidiyyəti qurum nəyi gözləyir?

Bütün xəbərlər
Dünən, 12:25

Taksi sürücüləri üçün gəlirə əsaslanan yeni vergi MODELİ

Bütün xəbərlər
Dünən, 11:17

Gəncə sakininin xəbəri olmadan adına şirkət açıldı, 634 min manat borcu yarandı

Bütün xəbərlər
Dünən, 10:46

23 tondan çox yararsız ət idxalının qarşısı alınıb

Bütün xəbərlər
Dünən, 10:13

V Gəncə Kitab Sərgisi keçiriləcək

Oxşar xəbərlər