top
Gəncədə kanalizasiya xətti çəkilən ərazi üfunət içində qaldı
19 mart 2026, 10:24
- +

Gəncədə kanalizasiya xətti çəkilən ərazi üfunət içində qaldı

Gəncədə kanalizasiya kəmərinin çəkilişi məqsədilə qazılan küçə aylardır bərpa olunmur.

Gencexeber.az-a daxil olan şikayətə əsasən, Şah İsmayıl Xətai prospekti, "27/05 dairəsi" adlanan ərazidə betondan iri kanalizasiya kəmərinin inşası aparılıb. Bu məqsədlə küçə boyunca yol qazılaraq geniş beton konstruksiya yerləşdirilib. Lakin aylardır davam edən işlər hələ də yekunlaşdırılmayıb.

Sakinlərin sözlərinə görə, kanalizasiya xətti çəkilsə də, üstü örtülməyib və yol örtüyü bərpa edilməyib. Nəticədə küçə bərbad vəziyyətə düşüb, hərəkət çətinləşib.

İddialara görə, yeni çəkilən kanalizasiya xəttinə yalnız əraziyə yaxın yerləşən stadionun kanalizasiya sistemi qoşulub. Ətraf evlərin isə köhnə xətdən ayrıldığı, lakin yeni sistemə qoşulmadığı bildirilir. Bu səbəbdən tullantı suları açıq şəkildə qazıntı nəticəsində yaranmış çuxurlara və yeni kəmərin kənarına axıdılır.

Bildirilir ki, həyətlərinə avtomobillə daxil ola bilməyən vətəndaşların darvazaları qarşısında iri, üfunət yayan su gölməçələri əmələ gəlib.

Bundan əlavə, güclü su axını zamanı evlərin subasması halları da müşahidə olunur. Sakinlər qeyd edirlər ki, giriş qapılarının qarşısı keçilməz vəziyyətə düşdüyü üçün bəzi ailələr öz imkanları hesabına taxtadan müvəqqəti körpülər düzəltməyə məcbur qalıb.

Onların sözlərinə görə, məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət edilsə də, əraziyə baxış keçirən olmayıb və işlər aylardır yubadılır.

Sakinlər problemin qısa zamanda həll olunmasını, küçənin bərpa edilməsini və kanalizasiya sisteminin tam şəkildə istifadəyə verilməsini tələb edirlər.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:04

Həbsxanalarda evlənənlərin sayı AZALIB

Bütün xəbərlər
Bu gün, 16:45

13 il əvvəlki qətlin üstü açıldı

Bütün xəbərlər
Bu gün, 16:14

Prezident: Xarici tərəfdaşlar ekoloji normalara əməl etməsələr, onlar cəzalandırılacaq

Bütün xəbərlər
Bu gün, 14:48

Psixiatriya xəstəxanası yandı, xəstələr çadıra köçürüldü

İdman
Bu gün, 14:17

Ehtiram Quliyevdən haqqında yayılan iddialarla bağlı AÇIQLAMA

Bütün xəbərlər
Bu gün, 13:20

Sabah Gəncədə hava yağmursuz olacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 12:49

DYP kənd texnikası sürücülərinə müraciət etdi

Bütün xəbərlər
Bu gün, 12:16

Gəncədə 11 nömrəli avtobuslarla bağlı ŞİKAYƏT

Bütün xəbərlər
Bu gün, 10:25

"Salahlı" sərhəd zastavası əsaslı təmirdən sonra xidməti istifadəyə verilib

Bütün xəbərlər
Bu gün, 09:47

Yaralı halda cəbhəyə qayıdan gəncəli Şuşa fatehinin doğum günüdür

Bütün xəbərlər
Dünən, 18:00

"Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir" - DEPUTAT

Bütün xəbərlər
Dünən, 17:27

Gəncədə 1 nömrəli marşrutun son dayanacağından ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 16:11

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
Dünən, 14:38

Gəncədə asfaltın altında qalan lük yolun çökməsinə səbəb olub

Bütün xəbərlər
Dünən, 13:54

Bakıdan Ağstafaya əlavə qatarlar gedəcək

Bütün xəbərlər
Dünən, 13:22

Sabah 34 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:38

"Kəpəz" 150-ci heç-heçəsini etdi

Bütün xəbərlər
Dünən, 11:31

Gəncədə iki nəfər bıçaqlanıb

Bütün xəbərlər
Dünən, 10:54

Gəncə azarkeşlərinin tayı-bərabəri yoxdur

Bütün xəbərlər
Dünən, 09:42

Yeyib-içdilər, sonra bıçaqlaşdılar…

Bütün xəbərlər
Dünən, 09:19

Gəncəçayda təmizlik işləri görülüb

Bütün xəbərlər
20 sentyabr 2026, 17:03

Gəncədə sakinlərin illərdir həll olunmayan həyət problemi

Bütün xəbərlər
20 sentyabr 2026, 15:00

Azərbaycan üzərində hökmran olan Gəncə qalası

Bütün xəbərlər
20 sentyabr 2026, 13:00

Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: xərçəng riski artır?

Oxşar xəbərlər