top
Gəncədə it sahibi sosial şəbəkə MƏHKƏMƏSİnin qurbanı oldu
Video
08 yanvar 2026, 10:03
- ↺ +

Gəncədə it sahibi sosial şəbəkə "MƏHKƏMƏSİ"nin "qurbanı" oldu

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xəbər verdiyimiz kimi, Gəncə şəhərində küçədə heyvana qarşı qeyri-insani rəftarla bağlı iddialar irəli sürülüb. Heyvansevər fəallar tərəfindən şəhər ərazisində balaca itin qəfəsdə saxlanıldığı, həmçinin qışın soyuq şəraitində ac və susuz vəziyyətdə olduğu iddia edilən görüntülər videoya çəkilərək sosial şəbəkələrdə paylaşılıb. Sözügedən kadrlar geniş ictimaiyyət tərəfindən sərt şəkildə tənqid olunub.

Məsələ ilə bağlı Gencexeber.az-a müraciət edən itin sahibi Rauf İsayev bildirib ki, ev heyvanını baytarlıq baxışı və qulluq göstərilməsi üçün özü ilə aparıb. Onun sözlərinə görə, prosedurlar başa çatdıqdan sonra qısa müddətlik alış-veriş etmək üçün mağazaya daxil olmaq istəyib. Lakin mağaza əməkdaşları tərəfindən heyvanla içəri daxil olmağın qadağan edildiyi bildirilib və yaxınlıqda yerləşən zoomağazanın sahibindən itin təxminən 20 dəqiqəlik qəfəsdə saxlanılmasına icazə istəyib.

Rauf İsayev qeyd edib ki, ev iti olduğu üçün onu avtomobildə nəzarətsiz qoymağa risk etməyib:

"İtim cəmi 55 günlükdür və çox həssasdır. Maşında tək qalmasından qorxdum. Mağazada maksimum 20 dəqiqə oldum, daha sonra zoomağazanın sahibinə təşəkkür edərək itimi evə apardım. Səhər isə müxtəlif sosial şəbəkələrdə heyvana qarşı qeyri-insani rəftarla bağlı paylaşımları görəndə şoka düşdüm. Məsələnin mahiyyəti araşdırılmadan bu cür ittihamların irəli sürülməsi anlaşılmazdır", – deyə o bildirib.

Hadisənin baş verdiyi mağazanın sahibi də itin sahibinin dediklərini təsdiqləyərək, yalnız kömək etmək niyyətində olduğunu vurğulayıb. Onun sözlərinə görə, sonradan əsassız şəkildə ictimai qınağın hədəfinə çevrilib.

"Sosial şəbəkələr həyatımızın ayrılmaz hissəsidir. Bəzən faydalı olsa da, təəssüf ki, bəzi hallarda insanlar məsələnin mahiyyətini araşdırmadan paylaşım edərək tanımadıqları şəxslərə mənəvi zərər verirlər", – deyə mağaza sahibi narazılığını ifadə edib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Hadrutun işğaldan azad olunmasından 6 il ötür

Bütün xəbərlər
Bu gün, 00:00

9 oktyabr 2020-ci il: Vətən Müharibəsinin 13-cü günü

Bütün xəbərlər
Dünən, 18:01

Gəncədə işləyən şəxslərin sayı 10 il ərzində 10 faiz azalıb

Bütün xəbərlər
Dünən, 16:45

"Gəncə"nin beş oyunçusu liftdə xəsarət aldı

Bütün xəbərlər
Dünən, 16:37

"İl ərzində sabitliyi qoruya bilmədim" - gəncəli şahmatçı

Bütün xəbərlər
Dünən, 16:03

Sosial şəbəkələrdə bir ailəni söyürdü, 7 min manat CƏRİMƏLƏNDİ

Bütün xəbərlər
Dünən, 15:29

Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb

Bütün xəbərlər
Dünən, 14:57

Gəncəli Əməkdar artistin yubileyidir

Bütün xəbərlər
Dünən, 14:15

Gəncədə "BakuBus"ın fəaliyyətindən öz sürücüləri də narazıdır? - İDDİA

Bütün xəbərlər
Dünən, 13:44

Sabah 25 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 11:58

Atasının 40-na getmək istəyən arvadının gözünə təpik vurdu - MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 10:28

Azərbaycanın ilk baş prokuroru İsmət Qayıbovun doğum günüdür

Bizim fəxrimiz
Dünən, 09:03

Gəncə məktəbliləri beynəlxalq yarışda uğur qazanıblar

Bütün xəbərlər
Dünən, 00:20

Altı il öncə Ermənistan Gəncəni üçüncü dəfə raket atəşinə tutdu

Tarix
Dünən, 00:00

8 oktyabr 2020-ci il: Vətən Müharibəsinin 12-ci günü

Bütün xəbərlər
07 oktyabr 2026, 16:51

Gəncədə prokurorluq əməkdaşları üçün nəzərdə tutulan xidməti mənzillər istifadəyə verildi

Bütün xəbərlər
07 oktyabr 2026, 16:38

84 yaşlı kişi ov tüfəngindən açılan atəş nəticəsində ölüb

Bütün xəbərlər
07 oktyabr 2026, 15:28

Gəncədə iki məktəbin yaxınlığında TƏHLÜKƏ

Bütün xəbərlər
07 oktyabr 2026, 14:34

Sabah Gəncədə 26 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
07 oktyabr 2026, 13:29

Gəncədə hər 10 ev təsərrüfatına 7 avtomobil düşür

Bütün xəbərlər
07 oktyabr 2026, 11:19

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Bütün xəbərlər
07 oktyabr 2026, 10:23

Repetitorluq edən müəllim həbs olundu

Bütün xəbərlər
07 oktyabr 2026, 09:58

Qaçaqmalçılıq yolu ilə dərman gətirilməsinin qarşısı alınıb

Bütün xəbərlər
07 oktyabr 2026, 09:12

Gəncədə "islanmaq" üçün nəzərdə tutulan avtobus dayanacağı

Oxşar xəbərlər