top
Gəncədə ictimai əhəmiyyətli tikili MƏHV OLUR
02 iyun 2026, 15:52
- ↺ +

Gəncədə ictimai əhəmiyyətli tikili MƏHV OLUR

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Gəncədə "Nizaminin evi" kimi tanınan və illərdir baxımsız vəziyyətdə qalan tikilinin taleyi yenidən sual doğurur. 

Gencexeber.az məlumat verir ki, sözügedən tikili Bala Bağman yaşayış massivində, İsmət Qayıbov küçəsi, 3-cü döngə, ev 10 ünvanında yerləşir. 1982-ci ildə "Nizami" bədii filminin çəkilişləri üçün inşa edilib. 

Əhali arasında "Nizaminin evi" adı ilə tanınan məkanda filmin bir çox səhnələri lentə alınıb. Tikili 1984-cü ildə Nizami Gəncəvinin ev-muzeyi statusunu alsa da, sonrakı illərdə baxımsızlıq səbəbindən yararsız hala düşüb.

Məlum olduğu kimi, Prezident İlham Əliyevin 5 yanvar 2021-ci il tarixli Sərəncamı ilə 2021-ci il ölkədə "Nizami Gəncəvi İli" elan edilib. Eyni zamanda bəzi qurumlar Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə həmin ildə tikilinin bərpa ediləcəyini açıqlamışdı. 

Lakin üzərindən 5 il keçməsinə baxmayaraq, "Nizaminin evi"nin bərpası ilə bağlı nəzərdə tutulan işlər həyata keçirilməyib. Vaxtilə muzey kimi fəaliyyət göstərməsi planlaşdırılan və Nizami irsinin təbliği baxımından simvolik əhəmiyyət daşıyan tikili hazırda baxımsız vəziyyətdə qalmaqda davam edir.

Sakinlər və şəhər ictimaiyyəti isə Gəncənin mədəni yaddaşının bir hissəsi hesab olunan bu məkanın gələcək taleyi ilə bağlı aidiyyəti qurumların mövqeyini və real addımlarını gözləyirlər.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 10:36

Noyabrın 8-i və 9-da "ASAN xidmət" işləməyəcək

Bütün xəbərlər
Bu gün, 10:17

19 yaşlı oğlan digər gənci bıçaqladı

Bütün xəbərlər
Bu gün, 09:48

Gəncədə park və məhəllələrə 4,5 milyon manat xərclənəcək

Bütün xəbərlər
Bu gün, 09:09

Gəncədə qaraçılar özlərini maşınların qarşısına atırlar – ŞİKAYƏT

Cəmiyyət
Bu gün, 00:01

7 noyabr 2020-ci il: Vətən müharibəsinin 42-ci günü

Bütün xəbərlər
Dünən, 18:00

Ötən il Gəncədə 982 qız, 1182 oğlan dünyaya gəlib

Bütün xəbərlər
Dünən, 16:48

Gəncədə "Hyundai" və yük maşını toqquşub

Bütün xəbərlər
Dünən, 16:22

ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçilib

Bütün xəbərlər
Dünən, 16:20

Gəncədəki qəsəbələrdə zibil əlindən tərpənmək olmur - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 15:51

"Kəpəz"in nigeriyalı futbolçusu: Avrokuboklara vəsiqə qazanmaq ehtimalını istisna etmirik

Bütün xəbərlər
Dünən, 15:43

Gəncə Avtomobil Zavodunda Zəfər Gününün 6-cı ildönümü qeyd olunub

Bütün xəbərlər
Dünən, 15:38

Gəncədə Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu keçirilib

Bütün xəbərlər
Dünən, 15:35

Mingəçevirin bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq

Bütün xəbərlər
Dünən, 15:29

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

Bütün xəbərlər
Dünən, 15:23

Baytarlıq ekspertizası üçün dövlət rüsumu iki dəfə azaldılır

Bütün xəbərlər
Dünən, 14:48

Gəncədə 4 nəfərlik ailənin aylıq xərcləri nə qədərdir?

Bütün xəbərlər
Dünən, 14:36

Sertifikasiyadan kəsilən yüzlərlə müəllim işlə təmin olunub

Bütün xəbərlər
Dünən, 14:04

Bayram günləri üçün geomaqnit hava proqnozu açıqlandı

Bütün xəbərlər
Dünən, 13:31

Ötən ilin fevralından 16 ailə yaxınlarının orqanlarının köçürülməsinə icazə verib

Bütün xəbərlər
Dünən, 12:52

Gəncədə dirək tamamilə əyilib – Aidiyyəti qurum nəyi gözləyir?

Bütün xəbərlər
Dünən, 12:25

Taksi sürücüləri üçün gəlirə əsaslanan yeni vergi MODELİ

Bütün xəbərlər
Dünən, 11:17

Gəncə sakininin xəbəri olmadan adına şirkət açıldı, 634 min manat borcu yarandı

Bütün xəbərlər
Dünən, 10:46

23 tondan çox yararsız ət idxalının qarşısı alınıb

Bütün xəbərlər
Dünən, 10:13

V Gəncə Kitab Sərgisi keçiriləcək

Oxşar xəbərlər