top
Gəncədə doğuldu, Azərbaycanın hüquq tarixində iz qoydu
31 iyul 2026, 09:34
- ↺ +

Gəncədə doğuldu, Azərbaycanın hüquq tarixində iz qoydu

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün görkəmli hüquqşunas Ələddin Camal oğlu Sultanovun dünyaya gəldiyi gündür. 

Gencexeber.az məlumat verir ki, Ələddin Sultanov 31 iyul 1928-ci ildə Gəncə şəhərində anadan olub. O, ilk təhsilini Gəncə şəhər 5 saylı məktəbdə alıb. Sultanov 1947-1952-ci illərdə indiki Bakı Dövlət Universitetinin hüquq fakültəsində oxuyub. O, həmin təhsil müəssisəsinin hüquq fakültəsinin ilk məzunlarından biri olub.

Sultanov 1967-1970-ci illərdə Mingəçevir şəhər prokuroru işləyib. 1970-1977-ci illərdə o, Lənkəran rayon prokuroru vəzifəsində çalışıb. Ələddin Sultanov 1977-ci ilin martında Bakının ən böyük rayonunun - Lenin (indiki Sabunçu rayonu) rayonunun prokuroru vəzifəsinə təyin edilib.

Ələddin Sultanov 1979-cu ildə Bakı şəhər prokurorunun müavini - istintaq şöbəsinin rəisi vəzifəsini icra edib. O, 1980-cı ildə Bakı şəhər prokuroru vəzifəsinə təyin edilib. 1980-ci ilin iyulundаn Sultanov Naxçıvan MSSR prokuroru işləməyə başlayıb. 1981-1987-ci illərdə o, Azərbaycan SSR prokurorunun birinci müavini kimi çalışıb. Lakin Sultanov 1987-ci ildə sovet hökumətinin qərarına görə, vəzifəsi aşağı salınaraq, Bakı şəhər prokurorluğunun İstintaq şöbəsinə prokuror vəzifəsinə təyin edilib. Onun barəsində görülmüş əsassız tədbirlə razılaşmayaraq, Sultanov tutduğu vəzifəsindən azad edilməsi ilə bağlı ərizə verib və ərizəsi təmin edilərək, o, prokurorluq orqanlarından xaric olunub.

1987-1992-cü illərdə Ələddin Sultanov Azərbaycan Respublikası Ədliyyə Nazirliyi nəzdində Xəlilbəy Xasməmmədov adına Hüquq Kadrlarının Təkmilləşdirilməsi İnstitutunun prorektoru vəzifəsində, həmin vaxtdan 1998-ci ilin iyul ayına qədər isə Bakı şəhər İcra Hakimiyyətinin Aparat rəhbəri vəzifəsində işləyib. 1998-ci ildə Milli Məclisin qərarı ilə Ələddin Sultanov Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ilk altı hakimindən biri təyin edilib.

Ələddin Sultanov Lənkəran rayon prokuroru vəzifəsində işləyərkən, 1972-ci ildə çəkilən "Xatirələr sahili" bədii filmində prokuror obrazını canlandırıb. 

Sultanov ömrünün 70-ə yaxın ilini hüquqşünaslıq elminə həsr edib. Həmin illər ərzində o, "Xalqlar Dostluğu", "Şöhrət" ordenləri və "Tərəqqi" medalı ilə təltif olunub.

Ələddin Sultanov 31 mart 2020-ci ildə vəfat edib.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

7 noyabr 2020-ci il: Vətən müharibəsinin 42-ci günü

Bütün xəbərlər
Dünən, 18:00

Ötən il Gəncədə 982 qız, 1182 oğlan dünyaya gəlib

Bütün xəbərlər
Dünən, 16:48

Gəncədə "Hyundai" və yük maşını toqquşub

Bütün xəbərlər
Dünən, 16:22

ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçilib

Bütün xəbərlər
Dünən, 16:20

Gəncədəki qəsəbələrdə zibil əlindən tərpənmək olmur - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 15:51

"Kəpəz"in nigeriyalı futbolçusu: Avrokuboklara vəsiqə qazanmaq ehtimalını istisna etmirik

Bütün xəbərlər
Dünən, 15:43

Gəncə Avtomobil Zavodunda Zəfər Gününün 6-cı ildönümü qeyd olunub

Bütün xəbərlər
Dünən, 15:38

Gəncədə Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu keçirilib

Bütün xəbərlər
Dünən, 15:35

Mingəçevirin bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq

Bütün xəbərlər
Dünən, 15:29

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

Bütün xəbərlər
Dünən, 15:23

Baytarlıq ekspertizası üçün dövlət rüsumu iki dəfə azaldılır

Bütün xəbərlər
Dünən, 14:48

Gəncədə 4 nəfərlik ailənin aylıq xərcləri nə qədərdir?

Bütün xəbərlər
Dünən, 14:36

Sertifikasiyadan kəsilən yüzlərlə müəllim işlə təmin olunub

Bütün xəbərlər
Dünən, 14:04

Bayram günləri üçün geomaqnit hava proqnozu açıqlandı

Bütün xəbərlər
Dünən, 13:31

Ötən ilin fevralından 16 ailə yaxınlarının orqanlarının köçürülməsinə icazə verib

Bütün xəbərlər
Dünən, 12:52

Gəncədə dirək tamamilə əyilib – Aidiyyəti qurum nəyi gözləyir?

Bütün xəbərlər
Dünən, 12:25

Taksi sürücüləri üçün gəlirə əsaslanan yeni vergi MODELİ

Bütün xəbərlər
Dünən, 11:17

Gəncə sakininin xəbəri olmadan adına şirkət açıldı, 634 min manat borcu yarandı

Bütün xəbərlər
Dünən, 10:46

23 tondan çox yararsız ət idxalının qarşısı alınıb

Bütün xəbərlər
Dünən, 10:13

V Gəncə Kitab Sərgisi keçiriləcək

Bütün xəbərlər
Dünən, 09:46

"Omid"in rəhbəri tutuldu: Gəncədəki mağaza müdirini döyüb

Bütün xəbərlər
Dünən, 09:33

Qadınlarla içki məclisinin axırı həbsdə bitdi - MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 08:26

Gəncədə uşaqların qayğısı üçün ayrılan ərazi təmizləndi

Bütün xəbərlər
05 noyabr 2026, 16:39

Tələbələr Nizami məqbərəsinin ətrafını TƏMİZLƏYİB

Oxşar xəbərlər