Xəbər verdiyimiz kimi, Gəncədə ötən həftə müşahidə olunan güclü külək şəhər ərazisində bir sıra fəsadlara səbəb olub.
Gencexeber.az-ın məlumatına görə, küləyin təsiri nəticəsində şəhərdə fəaliyyət göstərən 46 saylı körpələr evi–uşaq bağçasının dam örtüyü aşıb. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.
Lakin hadisənin baş verdiyi 27 fevral tarixindən bu günədək dağılan konstruksiya hələ də olduğu kimi yerdə qalmaqdadır.
Valideynlərin sözlərinə görə, təmir işlərinə hələ də start verilməyib. Bu isə əlavə suallar və narahatlıq yaradır. Onlar aidiyyəti qurumlardan təxirəsalınmaz tədbirlərin görülməsini tələb edirlər.