Gəncədə Muxtar Hacıyev küçəsində 1-ci və 2-ci döngənin kəsişməsində kanalizasiya daşır.
Məsələ ilə bağlı Gencexeber.az-a şikayət ünvanlayan sakinlərin sözlərinə görə, lükun qapağı da yoxdur.
"Günlərdir küçə acınacaqlı haldadır. Dəfələrlə aidiyyəti qurumlara müraciət etsək də, gəlib baxmırlar. Küçədə üfunətdən və çirkabdan gəzmək olmur", - şikayətdə bildirilir.
Sakinlər problemin tezliklə həll olunmasını tələb edirlər.