top
Gəncədə bu dövlət qurumlarının qarşısı şəxsi dayanacağa çevrilib
04 fevral 2026, 10:39
- ↺ +

Gəncədə bu dövlət qurumlarının qarşısı "şəxsi dayanacağ"a çevrilib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Gəncə şəhərində bəzi dövlət qurumlarının ətrafında nizamsız parklanma yol hərəkətini faktiki olaraq iflic vəziyyətə salır.

Gencexeber.az-a daxil olan şikayətlərə əsasən, Fikrət Əmirov küçəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Gəncə regional şöbəsinin qarşısında quruma və əməkdaşlarına məxsus avtomobillər yolun hərəkət hissəsini tam şəkildə zəbt edib. Avtomobil nəqliyyatı sahəsində tənzimləmə və nəzarətə cavabdeh olan bir qurumun qarşısında bu mənzərənin müşahidə olunması cəmiyyətdə haqlı suallar doğurur.

Uzun məsafə boyunca hərəkət hissəsində saxlanılan avtomobillər süni tıxaclar yaradır, qarşıdan gələn nəqliyyatla toqquşma riskini dəfələrlə artırır. Bu vəziyyət təkcə narahatlıq deyil, birbaşa qəza təhlükəsidir. Baş verə biləcək hadisələrə görə məsuliyyət daşıyan tərəf isə indidən bəllidir.

Eyni hal Aida İmanquliyeva küçəsində (köhnə Muxtar Hacıyev küçəsi) də müşahidə edilir. Buradan Atatürk prospektinə çıxış ciddi şəkildə çətinləşib. Sözügedən ərazidə Gəncə–Daşkəsən Regional Təhsil İdarəsi əməkdaşlarına məxsus avtomobillər yolun hər iki tərəfində park edilir.

Qurumun qarşısında digər sürücülərin təhlükəsizliyi faktiki olaraq görməzdən gəlinir. Nəticədə Gəncə sakinləri ya yaranan tıxacda qalmalı, ya da həyatlarını riskə ataraq əks zolağa çıxmağa məcbur olurlar.

Şikayətçilərin sözlərinə görə, problem uzun müddətdir mövcuddur, lakin aidiyyəti qurumlar tərəfindən real tədbir görülmür. Qeyd olunur ki, hər iki ərazidə parklanma qadağan edilməli, yol hərəkətinin təhlükəsizliyi təmin olunmalıdır.

 

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

7 noyabr 2020-ci il: Vətən müharibəsinin 42-ci günü

Bütün xəbərlər
Dünən, 18:00

Ötən il Gəncədə 982 qız, 1182 oğlan dünyaya gəlib

Bütün xəbərlər
Dünən, 16:48

Gəncədə "Hyundai" və yük maşını toqquşub

Bütün xəbərlər
Dünən, 16:22

ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçilib

Bütün xəbərlər
Dünən, 16:20

Gəncədəki qəsəbələrdə zibil əlindən tərpənmək olmur - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 15:51

"Kəpəz"in nigeriyalı futbolçusu: Avrokuboklara vəsiqə qazanmaq ehtimalını istisna etmirik

Bütün xəbərlər
Dünən, 15:43

Gəncə Avtomobil Zavodunda Zəfər Gününün 6-cı ildönümü qeyd olunub

Bütün xəbərlər
Dünən, 15:38

Gəncədə Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu keçirilib

Bütün xəbərlər
Dünən, 15:35

Mingəçevirin bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq

Bütün xəbərlər
Dünən, 15:29

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

Bütün xəbərlər
Dünən, 15:23

Baytarlıq ekspertizası üçün dövlət rüsumu iki dəfə azaldılır

Bütün xəbərlər
Dünən, 14:48

Gəncədə 4 nəfərlik ailənin aylıq xərcləri nə qədərdir?

Bütün xəbərlər
Dünən, 14:36

Sertifikasiyadan kəsilən yüzlərlə müəllim işlə təmin olunub

Bütün xəbərlər
Dünən, 14:04

Bayram günləri üçün geomaqnit hava proqnozu açıqlandı

Bütün xəbərlər
Dünən, 13:31

Ötən ilin fevralından 16 ailə yaxınlarının orqanlarının köçürülməsinə icazə verib

Bütün xəbərlər
Dünən, 12:52

Gəncədə dirək tamamilə əyilib – Aidiyyəti qurum nəyi gözləyir?

Bütün xəbərlər
Dünən, 12:25

Taksi sürücüləri üçün gəlirə əsaslanan yeni vergi MODELİ

Bütün xəbərlər
Dünən, 11:17

Gəncə sakininin xəbəri olmadan adına şirkət açıldı, 634 min manat borcu yarandı

Bütün xəbərlər
Dünən, 10:46

23 tondan çox yararsız ət idxalının qarşısı alınıb

Bütün xəbərlər
Dünən, 10:13

V Gəncə Kitab Sərgisi keçiriləcək

Bütün xəbərlər
Dünən, 09:46

"Omid"in rəhbəri tutuldu: Gəncədəki mağaza müdirini döyüb

Bütün xəbərlər
Dünən, 09:33

Qadınlarla içki məclisinin axırı həbsdə bitdi - MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 08:26

Gəncədə uşaqların qayğısı üçün ayrılan ərazi təmizləndi

Bütün xəbərlər
05 noyabr 2026, 16:39

Tələbələr Nizami məqbərəsinin ətrafını TƏMİZLƏYİB

Oxşar xəbərlər