Gəncə şəhərində "BakuBus" MMC-yə məxsus avtobus sürücüsünə qarşı xuliqanlıq edən şəxs inzibati qaydada həbs edilib.
Gencexeber.az məlumat verir ki, Gəncə şəhər sakini Nicat Naim oğlu Hüseynov yol hərəkəti zamanı avtobusun qarşısını kəsərək sürücüyə qarşı təhqiredici, nalayiq ifadələr işlədib və ictimai qaydanı pozub.
Hadisə ilə bağlı daxil olmuş müraciət əsasında Gəncə Şəhər Baş Polis İdarəsi tərəfindən aparılan araşdırmalarla onun şəxsiyyəti müəyyən edilərək saxlanılıb və Gəncə şəhər 1-ci Polis Şöbəsinə gətirilib.
Gəncə şəhər məhkəməsinin qərarı ilə o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi (xırda xuliqanlıq) üzrə təqsirli bilinərək 4 sutka müddətinə inzibati qaydada həbs edilib.