Gəncə şəhər 52 saylı körpələr evi-uşaq bağçasında qidalanma probleminin olduğu iddia edilir.
Məsələ ilə Gencexeber.az-a şikayət ünvanlayan valideynlər bildirir ki, bağçada uşaqların qidalanması çox zəifdir.
Bununla bağlı rəhbərliyə dəfələrlə müraciət edilsə də nəticəsinin olmadığı deyilir.
Valideynlər iddia edirlər ki, uşaqlar evə ac-susuz gəlirlər və bağçada verilən qidalar da uşaqların mədəsini pozur.
"Bir boşqab aşı 20 uşağa yedizdirirlər, südlü düyünü düyüsüz verirlər, uşaqlar əlavə su istəyəndə vermirlər. Aidiyyəti qurumun problemin həlli istiqamətdə addım atmasını tələb edirik", - deyə şikayətçilər bildirib.
Məsələ ilə bağlı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə sorğu ünvanlanıb.