Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi və Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Xan bağı istirahət məkanında "Səhər İdmanı" layihəsi keçirilib.
Gencexeber.az bildirir ki, layihənin əsas məqsədi sağlam həyat tərzinin təbliği, fiziki aktivliyin təşviqi və cəmiyyətdə idmana marağın daha da artırılması olub.
Tədbir çərçivəsində iştirakçılar səhər gimnastikası və müxtəlif fiziki hərəkətlər yerinə yetirərək sağlam həyat tərzinin əhəmiyyətinə diqqət çəkiblər.
Qeyd edək ki, "Səhər İdmanı" layihəsində ümumilikdə 900-ə yaxın yeniyetmə və gənc iştirak edib.