İyunun 14-də gözlənilən hava proqnozu açıqlanıb.
Gencexeber.az Milli Hidrometeorologiya Xidmətinə istinadən məlumat verir ki, Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
Ayrı-ayrı ərazilərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal edilir. Gecə və səhər saatlarında bəzi yerlərdə duman müşahidə olunacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 18-22°, gündüz 29-34° isti, dağlıq ərazilərdə isə gecə 10-15°, gündüz 18-23°, bəzi yerlərdə 25-30° isti olacaq.