Gəncədə Poçt qəsəbəsində bıçaqlanma qeydə alınıb.
Gencexeber.az bildirir ki, 1997-ci il təvəllüdlü Aleksandr Konalinko bıçaq yarası ilə Gəncədə yerləşən xəstəxanalardan birinə gətirilib. Ona ilkin tibbi yardım göstərilib.
Hadisənin hansı şəraitdə və kim tərəfindən törədilməsi ilə bağlı araşdırma başlanılıb.