Gəncə şəhərində qətl hadisəsi baş verib.
Gencexeber.az-ın məlumatına görə, bıçaqlanma hadisəsi bu gün Gəncə şəhəri ərazisində qeydə alınıb.
Daşkəsən rayon sakini, 2003-cü il təvəllüdlü Zamir Rzayevin üzərində zorakılıq əlamətləri olan meyiti aşkarlanıb.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qətl hadisəsini törətməkdə şübhəli bilinən, Gəncə şəhər sakini, 17 yaşlı şəxs saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.