Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi (MKTİB) növbəti dəfə Gəncə çayının məcrasında, körpülərin ətrafında təmizlik aksiyası keçirib.
Gencexeber.az məlumat verir ki, adıçəkilən ərazilər məişət tullantılarından və alaq otlarından təmizlənib. Yığılan tullantılar bir yerə toplanaraq ərazidən daşınması təmin edilib.
Qeyd edək ki, bu kimi təmizlik aksiyaları mütəmadi olaraq şəhərin müxtəlif ərazilərində təşkil olunur.