"Gəncə" basketbol komandası məşqçisi Zaur Məmmədovla müqavilənin müddətini yeniləyib.
Gencexeber.az-a bu barədə qərb təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.
43 yaşlı mütəxəssislə qarşıdakı mövsümün sonunadək anlaşma imzalanıb.
Z.Məmmədov baş məşqçi Martin Knejeviçə kömək edəcək məşqçilər korpusunda yer alıb.