Qadın voleybolçulardan ibarət "Gəncə" komandası heyətinə yeni oyunçu cəlb edib.
Gencexeber.az bildirir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb.
Braziliyalı voleybolçu Hellen Luvizetti Lacava ilə müqavilə imzalanıb.
ABŞ, Kosovo və Kanadada legioner həyatı yaşamış təcrübəli oyunçunun son klubu Fransanın "Volleyball Pays Viennois" komandası olub.