top
GDU-nun bağlanması müzakirə predmeti deyil – AÇIQLAMA
29 oktyabr 2025, 17:02
- ↺ +

GDU-nun bağlanması müzakirə predmeti deyil – AÇIQLAMA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Gəncə Dövlət Universitetinin (GDU) bağlanması ilə bağlı hər hansı müzakirə və ya qərar mövcud deyil. 

Bu barədə Gencexeber.az-a adıçəkilən ali təhsil ocağının mətbuat xidməti tərəfindən məlumat verilib. Qeyd olub ki, mediada yayılan fikirlər şəxsi mülahizələrə əsaslanır və ictimai müzakirə predmeti ola bilməz: "Belə iddiaların ictimailəşdirilməsi mövcud hüquqi və inzibati prosedurlara uyğun deyildir".

Bildirilib ki, ölkəmizdə fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinin fəaliyyəti Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının qərarı əsasında institusional və proqram akkreditasiyasından keçirilir. Bu proses isə ali təhsil müəssisələrinin fəaliyyətinin dövlət təhsil standartlarına, eləcə də mövcud normativ-hüquqi aktların tələblərinə uyğunluğunun qiymətləndirilməsini təmin edir.

"Gəncə Dövlət Universiteti də növbəti mərhələdə institusional akkreditasiyadan keçiriləcək. Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən yaradılmış komissiya universitet tərəfindən hazırlanmış Özünütəhlil hesabatı əsasında yerində (sahədə) təhlillər aparacaq. Universitet bu prosesə məsuliyyətlə və peşəkar şəkildə hazırlaşıb, qiymətləndirmənin uğurla həyata keçirilməsi üçün bütün zəruri tədbirləri görülüb", - Gəncə Dövlət Universitetinin mətbuat xidmətindən əlavə edilib.

Təhsil ocağı tərəfindən bildirilib ki, Gəncə Dövlət Universiteti qədim tarixə, zəngin elmi ənənələrə və formalaşmış kadr potensialına malik olan, həm fiziki imkanları, həm də təlim-təhsil keyfiyyəti və infrastruktur səviyyəsinə görə ölkənin və regionun ən böyük və köklü ali təhsil müəssisələrindən biridir: "Universitetin əsas məqsədi dövlətin təhsil siyasətinə uyğun olaraq müasir tələblərə cavab verən kadr hazırlığını təmin etmək, elmi-tədqiqat fəaliyyətini genişləndirmək və beynəlxalq akademik əlaqələri möhkəmləndirməkdir".

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 16:22

ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçilib

Bütün xəbərlər
Bu gün, 16:20

Gəncədəki qəsəbələrdə zibil əlindən tərpənmək olmur - ŞİKAYƏT

Bütün xəbərlər
Bu gün, 15:51

"Kəpəz"in nigeriyalı futbolçusu: Avrokuboklara vəsiqə qazanmaq ehtimalını istisna etmirik

Bütün xəbərlər
Bu gün, 15:43

Gəncə Avtomobil Zavodunda Zəfər Gününün 6-cı ildönümü qeyd olunub

Bütün xəbərlər
Bu gün, 15:38

Gəncədə Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu keçirilib

Bütün xəbərlər
Bu gün, 15:35

Mingəçevirin bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq

Bütün xəbərlər
Bu gün, 15:29

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

Bütün xəbərlər
Bu gün, 15:23

Baytarlıq ekspertizası üçün dövlət rüsumu iki dəfə azaldılır

Bütün xəbərlər
Bu gün, 14:48

Gəncədə 4 nəfərlik ailənin aylıq xərcləri nə qədərdir?

Bütün xəbərlər
Bu gün, 14:36

Sertifikasiyadan kəsilən yüzlərlə müəllim işlə təmin olunub

Bütün xəbərlər
Bu gün, 14:04

Bayram günləri üçün geomaqnit hava proqnozu açıqlandı

Bütün xəbərlər
Bu gün, 13:31

Ötən ilin fevralından 16 ailə yaxınlarının orqanlarının köçürülməsinə icazə verib

Bütün xəbərlər
Bu gün, 12:52

Gəncədə dirək tamamilə əyilib – Aidiyyəti qurum nəyi gözləyir?

Bütün xəbərlər
Bu gün, 12:25

Taksi sürücüləri üçün gəlirə əsaslanan yeni vergi MODELİ

Bütün xəbərlər
Bu gün, 11:17

Gəncə sakininin xəbəri olmadan adına şirkət açıldı, 634 min manat borcu yarandı

Bütün xəbərlər
Bu gün, 10:46

23 tondan çox yararsız ət idxalının qarşısı alınıb

Bütün xəbərlər
Bu gün, 10:13

V Gəncə Kitab Sərgisi keçiriləcək

Bütün xəbərlər
Bu gün, 09:46

"Omid"in rəhbəri tutuldu: Gəncədəki mağaza müdirini döyüb

Bütün xəbərlər
Bu gün, 09:33

Qadınlarla içki məclisinin axırı həbsdə bitdi - MƏHKƏMƏ

Bütün xəbərlər
Bu gün, 08:26

Gəncədə uşaqların qayğısı üçün ayrılan ərazi təmizləndi

Bütün xəbərlər
Dünən, 16:39

Tələbələr Nizami məqbərəsinin ətrafını TƏMİZLƏYİB

Bütün xəbərlər
Dünən, 16:07

Gəncədə milyonlara tikilən filarmoniya ÇAT-ÇATDIR

Bütün xəbərlər
Dünən, 15:45

Gəncədə avtomobil evin hasarına çırpılıb

Bütün xəbərlər
Dünən, 15:35

Gəncənin deputatı uşaqpulunun artmasından danışdı

Oxşar xəbərlər