Çinin Hunan əyalətindəki Tianmen dağından (“Cənnət qapısı” kimi tanınır) səyyah-fotoqraf Karolina Di Kondionun çəkdiyi video məşhur gəncəli bəstəkar Qəmbər Hüseynlinin "Cücələrim" mahnısı ilə müşayiət olunub.
Gencexeber.az məlumat verir ki, sözügedən görüntülər 10 milyondan çox izləyicisi olan “Nature” “İnstagram” səhifəsində paylaşılıb.
Qeyd edək ki, "Cücələrim" 1947-1948-ci illərdə bəstəkar Qəmbər Hüseynli və sözlərinin müəllifi Tofiq Mütəllibov tərəfindən yaradılıb. 14 sentyabr 1979-cu ildə “Cücələrim” üçün Gəncədə ayrıca muzey yaradılıb.
Mahnı son zamanlarda sosial şəbəkələrin xarici seqmentində gündəm olub.