Gəncədə Rüzgar Qasımov küçəsinin sakinləri elektrik cərəyanının artıb-azalmasından şikayətçidir.
Gencexeber.az-a bununla bağlı şikayətçi İsbəndiyar Sadıxov müraciət edib.
İ.Sadıxov bildirir ki, yaşadıqları küçədə 3-4 aydır elektrik cərəyanının gərginliyində sıçrayışlar müşahidə olunur. Bu da evdəki avadanlıqlara ciddi ziyan vurur:
“Dəfələrlə evimizdə lampalar yanıb. Pensiyayla dolanan adamam, elektriklə işləyən məişət əşyaları isə çox bahadır, onlar yansa, yenisi ala bilməyəcəm. Qonşularım da bu haldan çox narahatdır. Bir neçə dəfə “Azərişıq” ASC-nin Gəncədəki idarəsinə getmişəm, şikayət ünvanlamışam. İki dəfə montyor yollasalar da, dəyişən heç nə yoxdur. Bir küçənin problemini həll etmək işıq idarəsi üçün müşkül məsələyə çevrilib. Bütün küçə sakinlərinin adından xahiş edirəm, bu problem həll olunsun”.