YAP Gəncə şəhər təşkilatında “Açıq qapı” günləri təşkil olunacaq. Bu haqda məlumatı 30 yanvar tarixində təşkilatın rəsmi Facebook səhifəsinə istinadən veririk.
Hər ayın ilk həftəsinin çərşənbə günü gənc vətəndaşlar, cümə günü isə yaşlı vətəndaşlar görüşdə iştirak edə bilərlər. “Açıq qapı” günləri saat 11:00-dan 17:00-dək davam edəcək.
Qeyd edək ki, “Açıq qapı” günləri YAP Gəncə şəhər təşkilatı və Şəhər Ağsaqqallar Şurasının birgə təşkilatçılığı ilə həyata keçiriləcək.