Gəncə təmsilçisi müqavilələrindən birini yeniləyib. Bu haqda 8 may tarixində voleybol klubuna istinadən məlumat veririk.
Söhbət “Gəncə” VK-dan gedir. Voleybol komandamız baş məşqçisi Sergey Çasnavitski ilə müqaviləni yeniləyib. Sənədə əsasən, belaruslu mütəxəssis gələn mövsüm də təmsilçimizi oyunlara hazırlayacaq.
Qeyd edək ki, “sarı-göylər” başa çatan mövsümdə Çasnavitskinin rəhbərliyi altında Yüksək Liqada dördüncü olub.