Gəncədə balaca voleybolçularla görüş baş tutub. Bu haqda 14 may tarixində voleybol klubuna istinadən məlumat veririk.
"Gəncə" VK-nın prezidenti Elvar Osmanov klubun aşağı yaş qruplarından ibarət komandalarının üzvləri ilə görüşüb. Burada həmin uşaqların baş məşqçisi Mətanət Lətifova və valideynləri iştirak ediblər.
Elvar Osmanov bildirib ki, idmanın bu növünün regionlarda inkişaf etdirilməsi və kütləviləşməsi istiqamətində böyük işlər görülür. Federasiya rəhbərliyi bölgələrdə yeni oyunçuların üzə çıxarılması, onların məşqlərə cəlb olunması və voleybolun təbliğini həmişə diqqət mərkəzində saxlayır.
Görüşdə klubun U-14, daha aşağı yaş qruplarından ibarət komandalarının formalaşdırılması barədə qərar qəbul edilib. Həmçinin onların hazırlıq proqramı müzakirə olunub. Hazırlıq prosesinin vaxtı və məkanı təyin edilib.
Daha sonra “Sağlam Ailə” Tibb Mərkəzinin Gəncə "Ultralab" filialının hazırladığı forma klubun ən kiçik üzvünə təqdim olunub.