Gəncənin "Kəpəz" futbol klubu 6 dekabr tarixində paytaxt təmsilçisi "MOİK"lə görüşəcək.
Oyun 6 dekabr tarixində Mərkəzi İdman Ordu Klubunun stadionunda keçiriləcək. Matç Azərbaycan Birinci Divizionunun 11-ci tur çərçivəsində baş tutacaq.
Ötən turda "Kəpəz" 2-2 hesablı heç-heçə oynayıb. Komanda xal sayını 17-yə yüksəldərək çempionatın üçüncü pilləsində qərarlaşıb.