Gəncə sakinindən silah aşkarlanıb. Bu haqda 9 fevral tarixində Apa-ya istinadən məlumat veririk.
Kəpəz rayon Polis idarəsinin əməkdaşları əməliyyat keçiriblər. Nəticədə şəhər sakini Ramin Qasımov saxlanılıb. Ondan 1 ədəd lüləsi və qundağı kəsilmiş tüfəng aşkar olunub.
Götürülən maddi sübut ekspertizaya göndərilib. Faktla bağlı cinayət işi başlanılıb. Araşdırmalar davam edir.