Gəncədə oğurluq hadisəsi baş verib. Bu haqda 11 fevral tarixində Report-a istinadən məlumat veririk.
Hadisə Kəpəz rayonunda qeydə alınıb. Şəhər ərazisindəki idman meydançalarının birinin yardımçı otağından oğurluq olub. Buradan 3 mobil telefon, qulaqlıq və qol saatları götürülüb. Polis əməkdaşlarının keçirdikləri əməliyyatlar nəticəsində şəhər sakini K.Kərimov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.