Gəncəçayın məcrasında təmizlik işləri aparılıb. Bu haqda Gencexeber.az 13 dekabr tarixində Gəncə MKTİB-yə istinadən məlumat verir.
Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin canlı qüvvəsi adıçəkilən çayın məcrasında sel sularının gətirdiyi məişət tullantılarını, ağac qırıntılarını, kol-kos və alaq otlarını toplayıblar. İşlər, əsasən, "Gəncəçay" Park-Bulvar kompleksi boyunca, çayın məcrasında görülüb.