Gəncənin "Kəpəz" futbol klubu qələbə qazanıb. Bu haqda məlumat klubun Facebook səhifəsində paylaşılıb.
"Kəpəz" Bakıda "Səbail-2" ilə qarşılaşıb. Görüş gəncəlilərin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Qələbə qolunu ikinci hissədə Bəhruz Teymurov vurub.
Qeyd edək ki, "Kəpəz" cari mövsümdə Azərbaycan Birinci Divizionu çərçivəsində heç bir oyunda məğlub olmayıb.