Gəncəli idmançılar Respublika birinciliyində ilk üç yerə layiq görülüblər. Bu haqda 3 dekabr tarixində Azərbaycan Taekvondo Federasiyası məlumat paylaşıb.
Gənclər arasında keçirilən yarış Sumqayıt Olimpiya İdman Kompleksində baş tutub. Gəncədən qızlar arasında 52 kq üzrə Səma Hüseynova, oğlanlar arasında +78 kq üzrə Əbdürəhman Hüseynov üçüncü yerə, oğlanlar arasında -78 kq üzrə Göydəniz Hüseynov isə birinci yerə çıxıblar.