Gəncəli şagird beynəlxalq turnirdə qalib olub. Bu haqda 3 dekabr tarixində Gəncə şəhər İsmət Qayıbov adına 1 nömrəli məktəb məlumat paylaşıb.
Təhsil müəssisəsinin Peşə Təmayüllü sinfində təhsil alan Cahid Əlizadə Gürcüstanın Borjomi şəhərində təşkil edilən beynəlxalq turnirdə birinci yeri qazanıb. O cüdo idman növü üzrə iştirak edib. Gənc idmançı Gəncə Metallurq İdman klubunun üzvüdür.
Qeyd edək ki, bir neçə ay öncə o, Türkiyədə təlim məşq toplanışında olub.