Gəncəli şagird beynəlxalq turnirdə uğur qazanıb. Bu haqda 8 dekabr tarixində Kəpəz televiziyası məlumat paylaşıb.
Gürcüstanın Borjomi şəhərində keçirilən turnirdə Ukrayna, Çeçenistan, Gürcüstan və Azərbaycandan olan cüdoçular iştirak ediblər. Yarış yeniyetmələr arasında baş tutub. Gəncədən 1 nömrəli Uşaq Gənclər İdman Şahmat məktəbinin 11 idmançısı iştirak edib. Onlardan 60 kiloqram çəki dərəcəsində çıxış edən Elsevər Verdiyev üçüncü yerə layiq görülüb.