Gəncədə yeni istifadəyə verilmiş sarayda ilk tədbir təşkil olunur. Bu haqda 8 may tarixində Kəpəz televiziyasına istinadən məlumat veririk.
Söhbət Gəncə İdman Sarayından gedir. Burada bu gün, mayın 8-i Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan voleybol turniri keçirilir. Yarışın rəsmi açılış mərasimi saat 10:00-da başlayıb.
Oyunlar gün ərzində davam edəcək. Burada Gəncə, Tovuz, Hacıqabul və Oğuz komandaları mübarizə aparacaqlar.
Final görüşündən sonra mükafatlandırılma mərasimi baş tutacaq. Turnir konsert proqramı ilə yekunlaşacaq.