Gəncədə yeni kollec fəaliyyət göstərəcək. Bu haqda 24 may tarixində Apa-ya istinadən xəbər veririk.
Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyində Gəncə Hərbi Kolleci yaradılıb.
Nazirlər Kabinetinin verdiyi qərara əsasən, Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrinin nizamnamələri təsdiq edilib. Kollecin rəisləri Universitet rektorunun təqdimatına əsasən, müdafiə naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.