Gəncədə şəkərli diabet xəstələri üçün tədbir keçirilib. Bu haqda 30 yanvar tarixində şəhər Birləşmiş Xəstəxanasına istinadən məlumat veririk.
Tədbirdə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının endokrinoloqları və 2-ci tip şəkərli diabet xəstələri iştirak ediblər. Görüşdə çıxış edən Azərbaycan Tibb Universitetinin həkimi, endokrinoloq Könül İsmayılova maarifləndirici məlumatlar verib.
Qeyd edək ki, tədbir “Bakı Qeyri-Hökümət Təşkilatlarının Resurs və Təlim Mərkəzi” və “Servye” MMC-nin birgə təşkilatçılığı ilə baş tutub.