Gənclər təşkilatlarının Gəncə gəncləri ilə görüş keçirilib. Bu haqda 3 yanvar tarixində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasına (NAYORA) istinadən məlumat veririk.
İlk öncə Heydər Əliyevin abidəsi ziyarət olunub. Daha sonra təşkilat rəhbərlərinin gənclərlə görüşü baş tutub. Gənclər üçün yaradılan imkanlar, gənclərinin adıçəkilən təşkilatların fəaliyyətinə cəlb edilməsi və gənclərlə iş sahəsi üzrə gənclərin ictimai iştirakçılığa təşviq edilməsi kimi məsələlər barədə fikir mübadiləsi aparılıb.
Sonda iştirakçıların sualları təşkilat rəhbərləri tərəfindən cavablandırılıb.
