top
Gəncə Dövlət Milli Dram Teatrı yeni tamaşa təqdim edəcək
11 iyun 2024, 16:20
- ↺ +

Gəncə Dövlət Milli Dram Teatrı yeni tamaşa təqdim edəcək

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Gəncə Dövlət Milli Dram Teatrı yeni sosial dram üzərində yaradıcılıq işini  yekunlaşdırmaq üzrədir. Bu haqda 11 iyun tarixində Mədəniyyət.az-a istinadən xəbər veririk.

Teatr baş rejissor Prezident mükafatçısı Elşad Əhmədovun quruluşunda türkiyəli yazar Birgül  Gülər Yaşıloğlunun “Qadınlar danışarsa” sosial dramını hazırlayıb. Teatrın ədəbi hissə müdiri Anar Ərtoğrul Bürcəliyevin bildirdiyinə görə, yeni tamaşaya yaxın günlərdə ictimai baxış olacaq. O, həmçinin bildirib ki, mədəniyyət nazirinin müvafiq əmrinə əsasən, teatrda yaradılan “İkinci nəfəs” teatr studiyasında da tədris prosesi uğurla davam etdirilir. Studiyaya qəbul  edilən gənclər teatrın tarixi ənənələrini öyrənməklə yanaşı, aktyor sənətinin sirlərinə və nəzəri biliklərə yiyələnə bilirlər.

Bundan əlavə, Yaradıcı kollektiv rejissor Tural Mustafayevin quruluşunda hazırlanan E.İoneskonun “Kral ölür” pyesinin tamaşası ilə Portuqaliya və Litvada keçiriləcək iki festivala dəvət alıb. Bir sıra xarici teatrlarla müştərək layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Gəncə Dövlət Milli Dram Teatrının Gürcüstanın Özurgeti Dram Teatrı, Özbəkistanın Kattakurqan vilayəti Dram Teatrı və Rumıniyanın Kraiova Milli Dram Teatrı ilə yaradıcılıq memorandumları mövcuddur.

Bu çərçivədə Özurgeti Dram Teatrının bədii rəhbəri Vasili Çikokidze 2025-ci ilin repertuar planına uyğun olaraq, Gəncə teatrında  Nodar Dumbadzenin “Kukaraça” hekayəsinin motivləri əsasında tamaşa hazırlayacaq. Tamaşa hər iki teatrın yaradıcı kollektivi ilə eyni vaxtda oynanılması məqsədilə yaradıcılıq mübadiləsi formasında ərsəyə gələcək. Həmçinin Rumıniyanın paytaxtı  Buxarest şəhərinin Milli Dram Teatrının bədii rəhbəri Feliks Aleksa ilə yaradıcılıq  məqsədli danışıqlar aparılır.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:34

Moskvada məşhurlarla çalışdı, səviyyəli şoular yaratmaq üçün qayıtdı – GƏNCƏLİ REJİSSOR

Bütün xəbərlər
Bu gün, 16:00

Gəncəlilər keçən il 2.5 milyard manata yaxın pul qazanıb

Bütün xəbərlər
Bu gün, 14:15

51 yaşlı tibb bacısı ürəyinə bıçaq vurub, vəziyyəti ağırdır

Bütün xəbərlər
Bu gün, 13:49

Gəncəyə gələn sərnişinlərin ilk qarşılaşdığı mənzərə – BƏRBAD YOL

Bütün xəbərlər
Bu gün, 11:44

Özünü müqəddəs sayaraq anasını öldürən şəxslə bağlı QƏRAR

Bütün xəbərlər
Bu gün, 09:16

Gəncədə yeniyetmənin bıçaqlandığı yerə güllər düzülür…

Bütün xəbərlər
Bu gün, 00:05

Hadrutun işğaldan azad olunmasından 6 il ötür

Bütün xəbərlər
Bu gün, 00:00

9 oktyabr 2020-ci il: Vətən Müharibəsinin 13-cü günü

Bütün xəbərlər
Dünən, 18:01

Gəncədə işləyən şəxslərin sayı 10 il ərzində 10 faiz azalıb

Bütün xəbərlər
Dünən, 16:37

"İl ərzində sabitliyi qoruya bilmədim" - gəncəli şahmatçı

Bütün xəbərlər
Dünən, 16:03

Sosial şəbəkələrdə bir ailəni söyürdü, 7 min manat CƏRİMƏLƏNDİ

Bütün xəbərlər
Dünən, 15:29

Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb

Bütün xəbərlər
Dünən, 14:57

Gəncəli Əməkdar artistin yubileyidir

Bütün xəbərlər
Dünən, 14:15

Gəncədə "BakuBus"ın fəaliyyətindən öz sürücüləri də narazıdır? - İDDİA

Bütün xəbərlər
Dünən, 13:44

Sabah 25 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 11:58

Atasının 40-na getmək istəyən arvadının gözünə təpik vurdu - MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 10:28

Azərbaycanın ilk baş prokuroru İsmət Qayıbovun doğum günüdür

Bizim fəxrimiz
Dünən, 09:03

Gəncə məktəbliləri beynəlxalq yarışda uğur qazanıblar

Bütün xəbərlər
Dünən, 00:20

Altı il öncə Ermənistan Gəncəni üçüncü dəfə raket atəşinə tutdu

Tarix
Dünən, 00:00

8 oktyabr 2020-ci il: Vətən Müharibəsinin 12-ci günü

Bütün xəbərlər
07 oktyabr 2026, 16:51

Gəncədə prokurorluq əməkdaşları üçün nəzərdə tutulan xidməti mənzillər istifadəyə verildi

Bütün xəbərlər
07 oktyabr 2026, 16:38

84 yaşlı kişi ov tüfəngindən açılan atəş nəticəsində ölüb

Bütün xəbərlər
07 oktyabr 2026, 15:28

Gəncədə iki məktəbin yaxınlığında TƏHLÜKƏ

Bütün xəbərlər
07 oktyabr 2026, 14:34

Sabah Gəncədə 26 dərəcə isti olacaq - PROQNOZ

Oxşar xəbərlər